Bizi sosial şəbəkələrdən izləyin:
UEFA Konfrans Liqasının yarımfinal mərhələsinin ilk oyunları keçirilib.
Moderator.az xəbər verir ki, günün qarşılaşmalarında "Rayo Valyekano" "Strasburq"la, "Şaxtyor Donetsk" isə "Kristal Pelas" komandası üz-üzə gəlib.
Ev oyununu Polşanın Krakov şəhərində keçirən "Şaxtyor Donetsk" ümidləri doğrultmayıb. Qapısından üç top buraxan Ukrayna təmsilçisi rəqibini yalnız bir dəfə məyus edə bilib - 1:3.
"Rayo Valyekano" - "Strasburq" matçında isə bir qol vurulub. Aleşandre Juravski qarşılaşmanın 54-cü dəqiqəsində fərqlənərək ev sahiblərinin rəqibi üzərində qələbəsini təmin edib - 1:0.
"Rayo Valyekano" – "Strasburq" 1:0
"Şaxtyor" – "Kristal Pelas" 1:3