Görkəmli rejissor Ramiz Həsənoğlunun 80 illik yubileyi qeyd edildi - VİDEO
129
08:18, Bu gün

Görkəmli rejissor Ramiz Həsənoğlunun 80 illik yubileyi qeyd edildi - VİDEO

Azərbaycanın Xalq artisti, görkəmli kino və televiziya rejissoru Ramiz Həsənoğlunun 80 illik yubileyi qeyd edilib.
 
Bu münasibətlə Film Fondunda Baku TV-nin yubilyara həsr etdiyi, rejissor İmam Məcidovun "Sənin boyun ucadır" filminin təqdimatı baş tutub.
 

 

Xalq artisti, aktyor Hacı İsmayılov Ramiz Həsənoğlu barədə fikirlərini bölüşüb:
 
"Əlbəttə, mən özümü xoşbəxt aktyor sayıram ki, mənim teatr, kino yaradıcılığımla yanaşı televiziya yaradıcılığım da olub və bunun da əsasını, əlbəttə, Ramiz Həsənoğlunun yaradıcılığı təşkil edir. Onunla işləmək çox rahatdır, tez dil tapırıq. Ramiz Həsənoğlunun Azərbaycan televiziyasında ekranlaşdırdığı televiziya tamaşaları sözün əsl mənasında xalqın məhəbbətini qazanıb, rəğbətini qazanıb".
 
"Filmin adı da belədir ki, "Sənin boyun ucadır". Mən gözləyirəm, yəqin ki, bu film bir az qeyri-adi olacaq. Ramiz müəllim heç vaxt tanınmamış aktyorları öz işinə cəlb etməkdən qorxmurdu. Çünki, adətən rejissorlar istəyirlər ki, tanınmış aktyorları çağırsınlar. Amma Ramiz müəllim həmişə risk edirdi, tanınmayan adamları üzə çıxarırdı", - deyə Xalq artisti, aktyor Məbud Məhərrəmov vurğulayıb.
Link kopyalandı!
Son xəbərlər