131
08:35, Bu gün

"Gündə iki dəfə uşağı dərsə aparıram, maşınım xarab olur" - Şamaxı sakinləri yolların vəziyyətindən ŞİKAYƏT EDİRLƏR - VİDEO

Şamaxı şəhəri, Yeni Yaşayış Massivinin sakinləri Baku TV-nin qaynar xəttinə müraciət edərək yolsuzluqdan əziyyət çəkdiklərini bildiriblər.
 
20 ilə yaxındır salınan və minə yaxın ailənin yaşadığı yeni massivin beşə yaxın küçəsi var ki, onlar da yararsız vəziyyətdədir.
 
Sakinlər mövcud vəziyyəti belə şərh ediblər:
 
"Mən bu yoldan gündə ən azı 10 dəfə istifadə edirəm. Uşaq onsuz yeriyə bilmir. Çünki palçıqdır, uşaq yıxılır. Gündə iki dəfə uşağı məktəbə aparıram, müəllim yanına aparıram, maşınım xarab olur".
 
"Yaşamaq mümkün deyil. Yağış yağır, sel gəlir, palçıq olur. Ayaqqabılarımızı dəyişməli oluruq. Yayda da ki toz əlindən gəzmək mümkün deyil",- digər bir sakin bildirib.
 
Məsələ ilə bağlı Şamaxı Rayon İcra Hakimiyyətindən bildirilib ki, şəhərdaxili avtomobil yollarının asfaltlaşdırılması işləri mərhələli şəkildə həyata keçirilir. Proqram çərçivəsində küçələrin asfaltlaşdırılmasına başlanılmış və bu istiqamətdə işlər davam etdiriləcək.
Link kopyalandı!
Son xəbərlər