Türkiyə lideri Ermənistana səfər edəcək? - Cənubi Qafqazda yeni diplomatik sınaq - VİDEO
144
08:39, Bu gün

Türkiyə lideri Ermənistana səfər edəcək? - Cənubi Qafqazda yeni diplomatik sınaq - VİDEO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa Siyasi Birliyinin mayın 4-də İrəvanda keçiriləcək səkkizinci toplantısına dəvət olunub. Bu barədə Türkiyə mediası məlumat yayıb. Bu dəvət təkcə Ermənistan-Türkiyə münasibətləri baxımından deyil, bütövlükdə regionun siyasi arxitekturası baxımından mühüm mesaj daşıyır.
 
Moderator.az xəbər verir ki, bu barədə Baku TV-nin videomaterialında deyilir.
 
Avropa Siyasi Birliyi son illərdə Avropa İttifaqına üzv və qeyri-üzv ölkələri bir masa ətrafında toplayan təhlükəsizlik, enerji, nəqliyyat, regional sabitlik və siyasi dialoq məsələlərinin müzakirə olunduğu platformadır.
 
2026-cı il İrəvan sammitinin rəsmi gündəliyində də bağlantılar, iqtisadi və enerji təhlükəsizliyi, demokratik dayanıqlılıq kimi mövzular göstərilir. Ərdoğanın bu sammitdə iştirakı baş tutarsa, bu, Türkiyə üçün bir neçə istiqamətdə siyasi mənaya malik olacaq.
 
Birincisi, Ankara Avropa ilə münasibətlərdə özünü yalnız namizəd ölkə kimi deyil, Avropanın təhlükəsizlik və enerji gündəliyinin ayrılmaz aktoru kimi təqdim edir.
 
İkincisi, Türkiyə Cənubi Qafqazda proseslərin kənardan izləyicisi deyil, birbaşa formalaşdırıcı güc olduğunu göstərir.
 
Üçüncüsü isə Ermənistanla normallaşma xəttinin artıq yalnız texniki danışıqlar səviyyəsində deyil, liderlər diplomatiyası səviyyəsində də müzakirə oluna biləcəyi ehtimalı yaranır.
Link kopyalandı!
Son xəbərlər