Bizi sosial şəbəkələrdən izləyin:
"Biz məsələni öz məhdud anlayışımıza görə qiymətləndirməməli, yaradılışdakı hikmətləri görməyə çalışmalıyıq..."
"Valideynlər “bəlkə də övladımız böyüsəydi, cənnəti qazana bilməyəcəkdi” şəklində düşünməyə çalışmalıdırlar. Unutmamalıdılar ki..."
"Bəlkə də uşağın ölümü onların axirətə olan inamının daha da artmasına səbəb olmuşdur..."
Sual:
Vəfat edən körpələr Cənnətə gedirsə, onların dünyaya göndərilməyinin hikməti nədir?..
Cavab:
Həyatın min bir hikməti vardır. Bir İslam aliminin ifadəsilə həyatın bizə verdiyi fayda və hikməti bir cür, Allaha baxan tərəfi min cürdür. (Allahın yaratdıqlarındakı min hikmətdən biz yalnız birini görə və ondan faydalana bilirik). İnsanın bir dəqiqəlik həyatı belə, Allah nəzərində çox qiymətlidir. Çünki Allah insanı bir sənət möcüzəsi olaraq ən mükəmməl surətdə yaratmış, ona bir çox qabiliyyətlər vermiş, həmçinin məsuliyyətlər yükləmişdir. Buna görə biz məsələni öz məhdud anlayışımıza görə qiymətləndirməməli, yaradılışdakı hikmətləri görməyə çalışmalıyıq.
Övladı dünyaya gələndə sevinən valideynlər, onu itirəndə kədərlənirlər. Bu vəziyyətdə əgər səbir etsələr, bu onlar üçün axirətdə əvəzi veriləcək böyük bir mənəvi sərmayəyə çevrilər. Çünki ədəbi olan axirət həyatında sevimli övladları ilə birgə olarlar. Valideynlər “bəlkə də övladımız böyüsəydi, cənnəti qazana bilməyəcəkdi” şəklində düşünməyə çalışmalıdırlar. Unutmamalıdılar ki, bəlkə uşaq bu fani dünyadan köçməsəydi, valideynlər və qohumları bu qədər axirətə bağlanmayacaq və əbədi həyatı itirəcəkdilər. Bəlkə də uşağın ölümü onların axirətə olan inamının daha da artmasına səbəb olmuşdur. Bu sadalananlar hikmətlərdən bir neçəsidir ki, bunun kimi bir çox hikmət düşünülə bilər...
Meneviyyat.az