Süni intellekt psixoloqları əvəz edə bilərmi? - Mütəxəssisdən maraqlı açıqlama
Maraqlı
136
08:43, Bu gün

Süni intellekt psixoloqları əvəz edə bilərmi? - Mütəxəssisdən maraqlı açıqlama

Süni intellektin sürətli inkişafı bir çox insanın öz emosiyalarını çatbotlarla müzakirə etməsinə səbəb olub. Süni intellekt müəyyən məsləhətlər verə bilsə də, insan iştirakını və real emosional əlaqəni təmin etmək iqtidarında deyil.
 
Moderator.az xəbər verir ki, bu barədə rusiyalı psixoloq Aleksandra Çmuj "KP.ru"ya müsahibəsində danışıb.
 
"Maşının verdiyi məsləhətlərlə bəlkə də narahatlıq səviyyəsini müvəqqəti azaltmaq mümkündür, lakin süni intellekt canlı ünsiyyətə olan ehtiyacı əvəz edə bilməz. Psixoloqların belə bir deyimi var: biz mənəvi yaraları münasibətlərdə alırıq və onları yalnız münasibətlər sayəsində sağalda bilərik", - deyə mütəxəssis vurğulayıb.
 
Ekspertin sözlərinə görə, süni intellekt anlıq dəstək versə də, əsl emosional bağ formalaşdırmır. Məhz bu bağ insanın başa düşüldüyünü və qəbul edildiyini hiss etməsinə kömək edir. İlk növbədə öz tənhalığını görmək və bir çox problemin məhz özünütəcrid vəziyyətindən qaynaqlandığını anlamaq vacibdir. Bu "qapalı dairədən" çıxmaq vaxtının çatdığını hiss etdikdə, insanda başqaları ilə əlaqə qurmaq istəyi təbii şəkildə yaranır.
 
Aleksandra Çmuj yekun olaraq bildirib: "Düşünürəm ki, bir çoxlarının öz psixoloji vəziyyətləri barədə alqoritmlərlə yazışmasına baxmayaraq, "ChatGPT" və ya digər süni intellekt sistemləri ilə psixoloqu əvəz etmək mümkün olmayacaq". /oxu.az/
 
Link kopyalandı!
Son xəbərlər