Bizi sosial şəbəkələrdən izləyin:
Yaxın Şərq regionunda İranla bağlı yaranan gərginliklər uçuşların təxirə salınmasına, sərnişindaşıma sektoruna və səyahətçilərin istirahət planlarına mənfi təsir göstərməyə başlayıb.
Moderator.az xəbər verir ki, bu barədə Baku TV-nin videomaterialında bildirilib.
Yay mövsümünün yaxınlaşdığını nəzərə alsaq, istirahət planlaşdıran dünya əhalisi və xidmət sahələri artıq alternativ variantlar axtarmaq məcburiyyətindədir.
Cari ildə uçuşların kəskin azalması və aviabiletlərin qiymətinin bahalaşması ortagəlirli səyahətçilər üçün ciddi çətinliklər yaradacaq. Təhlükəsizlik amilləri səbəbindən bəzi ölkələr hava məkanından istifadəyə müvəqqəti məhdudiyyətlər tətbiq edir. Bu isə sığorta xərclərinin artması və biletlərin tez-tez dəyişdirilməsi kimi əlavə problemlər ortaya çıxarır.
Müxtəlif hesabatlara görə, İranla bağlı münaqişə tənzimlənməyəcəyi təqdirdə, 2026-cı ildə regiona turist axını 30 faizə qədər azala bilər. Üstəlik, aviaşirkətlər uzaq məsafələrə uçuşlar zamanı Yaxın Şərq ölkələrindəki hava limanlarından tranzit məntəqəsi kimi rahat istifadə edə bilmirlər.