“Gərək özümü öldürüm ki, məndən əl çəksinlər?” – Fatma Mahmudova
Şou-biznes
177
16:21, Bu gün

“Gərək özümü öldürüm ki, məndən əl çəksinlər?” – Fatma Mahmudova

“Ruhəngiz müğənni, mən isə aktrisayam. Onunla mənim nə əlaqəm var? Ağır xəstəyəm. İnsult keçirmiş adamam. Məndən nə istəyirlər? Gərək özümü öldürüm ki, məndən əl çəksinlər?”

Moderator.az xəbər verir ki, bunu Musavat.com-a açıqlamasında Xalq artisti Fatma Mahmudova Əməkdar artist Ruhəngiz Allahverdiyevanın iştirak etdiyi proqrama qatılmamasından danışarkən bildirib.

O bildirib ki, efirə çıxmamasına səbəb Ruhəngiz Allahverdiyeva olmayıb:

“Mənim onunla hansısa əlaqəm yoxdur. Belə də ki, efirə çıxmamışamsa, dünya dağılmayıb ki... Xəstə insanam. Əlim-ayağım tutmur, canımla əlləşirəm. Məni də nəzərə alsınlar. Ruhəngiz mənim nə dostumdur, nə də düşmənim. Onunla hansısa qalmaqalım da yoxdur. O, müğənni, mən isə aktrisayam. Niyə məni onunla üz-üzə qoyurlar ki... Məni efirə oxuyanla deyil, bir aktrisa ilə birgə çağıra bilərdilər. Yataqdayam, səhhətim də yaxşı deyil. Əsəblərim yerində deyil, tarıma çəkilib”.

“Öz aramızda” verilişinin aparıcısı İsa Şükürov efirdə bildirib ki, Fatma Mahmudova Ruhəngiz Allahverdiyevaya görə proqramda iştirakdan imtina edib.

Onun sözlərinə görə, əvvəlcə Fatma Mahmudova qızı Nigarla birlikdə dəvət olunub, daha sonra isə verilişdə müğənninin də iştirak etdiyini öyrəndikdən sonra gəlməkdən imtina edib. Nigar gecə saatlarında redaksiyaya yazaraq ailədə yas olduğunu bildirib, lakin aparıcı bu məlumatla bağlı ziddiyyətli məqamların olduğunu qeyd edib.

Ruhəngiz Allahverdiyeva isə ittihamları qəbul etməyib və aralarında hər hansı mübahisənin olmadığını deyib:

“Bu yaşda insan daha müdrik olmalıdır. Mənə qarşı deyilənlər əsassızdır. Əgər söz var idisə, telefonla mənə müraciət edə bilərdilər. Mənə şər atılır. Mənim heç kimlə problemim yoxdur”.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər