43 ildir buna görə evlənmirlər
Dünya
249
16:51, Bu gün

43 ildir buna görə evlənmirlər

Hollivudun əfsanəvi aktrisası Qoldi Houn aktyor sevgilisi Kurt Rassellə 43 ildir rəsmi nikahda olmamasının səbəbini izah edib.
 
Bu barədə aktrisa "Hello" nəşrinə danışıb. Houn bildirib ki, onlar evlənməyərək özlərini qoruyurlar.
 
"Evlənsək, bir-birimizdən nəsə itirəcəyimizi düşündük. Bunu istəməzdik. Biz bir-birimizi hər gün seçmək istəyirik" deyə, aktrisa etiraf edib.
 
80 yaşlı Qoldi Houn əlavə edib ki, sahibkar olmağı sevmir:
 
"Düşünürəm ki, Kurt da eyni hiss edir. Evlilik azad hiss etməli olduğun sahələrdən biridir. Bu, özümüz olaraq qalmağımıza kömək edir".
 
Qeyd edək ki, cütlük 1983-cü ildən birlikdədir. (Axşam.az)
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər