Dünya
197
16:15, Bu gün

"Qətər Hörmüz boğazını yardı" - Müharibədən sonra ilk qaz tankeri yola salındı

Qlobal enerji təhlükəsizliyi və regional logistika baxımından mühüm yenilik baş verib.
 
Moderator.az xəbər verir ki, "Bloomberg" agentliyinin yaydığı məlumata görə, Qətər İranla müharibənin başlamasından bəri ilk dəfə olaraq maye qaz (LNG) daşıyan tankerini Hörmüz boğazından uğurla keçirə bilib.
 
Bu hadisə regiondan dünya bazarlarına enerji daşımalarının tədricən bərpa olunmasının ilk ciddi siqnalı hesab olunur. Gəmilərin monitorinqi sistemindən əldə edilən məlumatlara əsasən, ayın əvvəlində Qətərin "Ras-Laffan" terminalında yüklənmiş "Al Kharaitiyat" tankeri artıq Hörmüz boğazını tərk edərək Oman körfəzinə daxil olub. Hazırda gəminin növbəti dayanacaq məntəqəsinin Pakistan olduğu bildirilir.
 
Xatırladaq ki, regionda davam edən hərbi əməliyyatlar və İranın boğaz üzərindəki sərt nəzarəti səbəbindən yanacaq daşımalarında ciddi fasilələr yaranmışdı. Qətərin bu addımı göstərir ki, beynəlxalq dəniz dəhlizlərində təhlükəsizliyin qismən təmin olunması istiqamətində irəliləyişlər var. Enerji ekspertləri hesab edirlər ki, ilk tankerin uğurlu keçidi digər ixracatçı ölkələri də cəsarətləndirə bilər və bu, qlobal qaz qiymətlərindəki gərginliyi azaldacaq. Lakin buna baxmayaraq, bölgədə hərbi risklər hələ də yüksək qalmaqdadır və digər gəmilərin keçidi zamanı İranın hansı reaksiyanı verəcəyi böyük maraq doğurur.
 
Qətərin bu uğurlu logistik manevri rəsmi Doha və beynəlxalq koalisiya qüvvələrinin koordinasiyalı fəaliyyətinin nəticəsi kimi qiymətləndirilir. /Musavat.com/
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər