Ekskluziv
199
13:53, Bu gün

"Atəşkəsin ilk günü: Moskvada texnikasız parad, tərəflərdən qarşılıqlı ittihamlar" - BBC

 
"Moskva parad keçirdi, cəbhədə atəş səsləri kəsilmədi..."
 
ABŞ prezidenti Donald Trampın təşəbbüsü ilə Rusiya və Ukrayna arasında elan olunan üçgünlük atəşkəsin ilk günündə Moskvada Qələbə Günü paradı keçirilib. 
 
Moderator.az xəbər verir ki, bu barədə "bbc.com" nəşri yazıb.
 
Texnikasız parad və atəşkəs ittihamları
 
Nəşr yazır ki, uzun illərdən sonra ilk dəfə parad hərbi texnika olmadan təşkil olunub. Kreml bunu təhlükəsizlik riskləri və ordunun diqqətini cəbhəyə yönəltməsi ilə izah edib.
Buna baxmayaraq, gün ərzində tərəflər bir-birini atəşkəsi pozmaqda ittiham edib. Ukrayna Baş Qərargahı Rusiya ordusunun onlarla hücum həyata keçirdiyini açıqlayıb. Rusiya Müdafiə Nazirliyi isə minlərlə pozuntu qeydə aldığını bildirərək Ukraynanın pilotsuz aparat və artilleriyadan istifadə etdiyini iddia edib.
 
Qırmızı Meydanda KXDR hərbçiləri və Putinin mesajları
 
Paradda çıxış edən Vladimir Putin Ukraynadakı müharibədə qələbə qazanacaqlarını bildirib və NATO-nu yenidən Rusiyaya qarşı fəaliyyət göstərməkdə ittiham edib. Onun sözlərinə görə, Rusiya ordusu hazırda əsas gücünü "xüsusi hərbi əməliyyata" yönəldib.
 
Bu ilki paradın diqqət çəkən məqamlarından biri də Şimali Koreya hərbçilərinin ilk dəfə Qırmızı Meydanda yürüş etməsi olub. Rusiya tərəfi onların Kursk vilayətindəki döyüşlərdə "əhəmiyyətli töhfə" verdiyini bəyan edib. Tədbirdə Kasım-Comart Tokayev, Şövkət Mirziyoyev, Alexandr Lukashenko və digər xarici liderlər də iştirak ediblər.
 
"Qoy Moskvaya zəng etsin" və əsir mübadiləsi
 
Ukrayna Prezident Ofisinin müşaviri Sergey Leşşenko bildirib ki, Vlodimir Zelenski Putinlə istənilən ölkədə görüşməyə hazırdır, lakin Moskvada yox. Kreml nümayəndəsi Yuri Ushakov isə cavab olaraq "istəyirsə, qoy Moskvaya zəng etsin" deyərək danışıqlara hazır olduqlarını bildirib.
 
Axşam saatlarında Vladimir Putin də Zelenski ilə görüşdən imtina etmədiyini açıqlayıb. O qeyd edib ki, üçüncü ölkədə görüş mümkündür, amma bunun üçün əvvəlcə sülh sazişi üzrə əsas razılaşmalar əldə olunmalıdır.
 
Atəşkəs çərçivəsində "1000-in 1000-ə" prinsipi ilə əsir mübadiləsi də müzakirə olunur. Kreml siyahıların razılaşdırıldığını desə də, Putin daha sonra Kiyevdən hələlik konkret cavab almadıqlarını bildirib.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər