Kadi Borgesdən yubiley qolu
İdman
189
15:41, Bu gün

Kadi Borgesdən yubiley qolu

“Qarabağ”ın futbolçusu Kadi Borqes Premyer Liqada 25-ci qoluna imza atıb.
 
Moderator.az xəbər verir ki, braziliyalı yarımmüdafiəçi “Qəbələ” ilə səfər qarşılaşmasında (1:1) fərqlənib. 25-ci qoluna Misli Premyer Liqasının XXXI turunda sevinən cənubi amerikalı buna 76-cı oyununda nail olub.
 
Ölkəmizdə yalnız “Qarabağ”ın formasını geyinən Kadi 2021/22 mövsümündə 12, 2022/23 mövsümündə 4, 2024/25 mövsümündə 6, cari çempionatda 3 dəfə rəqib qapısına yol tapıb.
 
Yarımmüdafiəçi turnirin tarixinə ən azı 25 qol vuran 132-ci oyunçu kimi düşüb. Kadi 25-ci qolunu 2025/26 mövsümündə vuran 4-cü futbolçudur. Onun komanda yoldaşı Toral Bayramov və “Araz-Naxçıvan”lılar Felipe Santosla Ülvi İsgəndərov da yubileyini mövsümün gedişində gerçəkləşdirib.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər