Heydər Əliyev zirvəsinə yürüş təşkil olunub - FOTO
189
15:26, Bu gün

Heydər Əliyev zirvəsinə yürüş təşkil olunub - FOTO

Ulu öndər Heydər Əliyevin 103-cü doğum günü münasibətilə Heydər Əliyev zirvəsinə ənənəvi yürüş təşkil olunub.
 
Moderator.az xəbər verir ki, tədbir Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Azərbaycan Alpinizm Federasiyası tərəfindən həyata keçirilib.
 
Yürüş iştirakçıları Quba rayonunun Xınalıq kəndi yaxınlığında, Qızılqaya silsiləsində yerləşən və dəniz səviyyəsindən 3 751 metr hündürlüyündə olan Heydər Əliyev zirvəsinə qalxıblar.
 
Yürüşdə Fövqəladə Hallar Nazirliyi, Dövlət Gömrük Komitəsi və Ekologiya, Təbii Sərvətlər Nazirliyinin nümayəndələri və Azərbaycan Alpinizm Federasiyasının üzvləri iştirak ediblər.
 
Yürüşün əsas məqsədi ulu öndərin əziz xatirəsinin yad edilməsi, dağçılıq idmanının inkişafına töhfə verilməsi və sağlam həyat tərzinin təbliğidir. Tədbir iştirakçıları zirvədə Azərbaycan bayrağını dalğalandıraraq Heydər Əliyevin xatirəsini ehtiramla anıblar.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər