Yunanıstan Prezidenti:
Siyasət
262
15:00, Bu gün

Yunanıstan Prezidenti:" Azərbaycanla ikitərəfli münasibətlərə xüsusi əhəmiyyət veririk"

Yunanıstan Prezidenti Konstantinos Tasulas 28 May Müstəqillik Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.
 
Moderator.az xəbər verir ki, təbrikdə deyilir:
 
"Azərbaycanın milli bayramı münasibətilə Sizə və xalqınıza ən səmimi təbriklərimi, həmçinin sülh, tərəqqi və rifah arzularımı çatdırıram.
 
Yunanıstan Azərbaycanla illər ərzində çoxşaxəli tərəfdaşlığa çevrilmiş və davamlı şəkildə inkişaf edən ikitərəfli münasibətlərə xüsusi əhəmiyyət verir. Əminəm ki, beynəlxalq hüquqa, suverenlik və ərazi bütövlüyü prinsiplərinə tam hörmətlə yanaşılmaqla ikitərəfli münasibətlərimizi xalqlarımızın rifahı naminə daha da inkişaf etdirə və möhkəmləndirə bilərik.
 
Zati-aliləri, bir daha Sizə ən xoş arzularımı bildirir, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm"
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər