Çin lideri Trampla bu mövzuda danışarkən səsini qaldırdı...- 7 mənbə -
Ekskluziv
262
09:09, Bu gün

Çin lideri Trampla bu mövzuda danışarkən səsini qaldırdı...- 7 mənbə -"FT" 

 Çin prezidenti Si Cinpin ABŞ prezidenti Donald Trampla zirvə görüşü zamanı Yaponiyanın Baş naziri Sanae Takaiçinin müdafiə xərclərini artırmaq planları ilə bağlı səsini ucaldıb.
 
Moderator.az  "Vedomosti" nəşrinə istinadla xəbər verir ki, bu haqda "Financial Times" ("FT") qəzeti görüşdən xəbərdar olan yeddi mənbəyə əsasən məlumat yayıb.
 
Məlumatda deyilir ki, "Si Cinpin Yaponiyanı müzakirə edərkən daha ucadan və daha həyəcanlı danışmağa başlayıb".
 
Qeyd olunur ki, ÇXR liderinin bu cür reaksiyası Amerika tərəfini təəccübləndirib, çünki əvvəllər danışıqlarda Yaponiya mövzusu qaldırılmamışdı. Zirvə görüşünün iştirakçılarının fikrincə, Si Cinpinin bu cür davranışı liderlərin iki günlük görüşünün ən kəskin hissəsinə çevrilib.
S.Laçın
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər