Bizi sosial şəbəkələrdən izləyin:
Zelenskinin ofisində Poroşenko, Timoşenko və Boyko:
26 mayda Ukrayna Prezidenti Vladimir Zelenski prezidentliyi dövründə ilk dəfə olaraq bütün parlament fraksiyaları və qruplarının liderləri ilə fərdi, qapalı görüşlər keçirib. Qapalı görüşdə Prezident Aparatının rəhbəri Kirilo Budanov, parlament spikeri Ruslan Stefançuk və "Xalqın xidmətçisi" fraksiyasının rəhbəri David Araxamia da iştirak edib.
Moderator.az-ın "TSN"-ə istinadla verdiyi xəbərə görə, bəzi siyasətçilər artıq danışıqların ilk detallarını açıqlayıblar.
Prezident olduğu yeddi il ərzində ilk dəfə Zelenski parlament fraksiyaları və qruplarının hər bir lideri ilə ayrıca 30 dəqiqəlik görüşlər keçirib.
Zelenski hansı millət vəkilləri ilə görüşüb?
Səkkiz millət vəkili prezidentlə görüşmək üçün dəvət alıb:
"Avropa həmrəyliyi"ndən Petro Poroşenko(eks-prezident);
"Batkivşina"dan Yuliya Timoşenko(sabiq baş nazir);
"Səs" fraksiyasından Oleksandra Ustinova;
"Etibar" qrupundan Oleh Kuliniç;
"Gələcək Naminə" qrupundan İqor Palitsa;
"Həyat və Sülh Platforması" qrupundan Yuri Boyko;
"Ukraynanın Bərpası" qrupundan Antonina Slavitska;
"Ağıllı Siyasət" fraksiyalararası parlament birliyindən Dmitri Razumkov.
Jurnalistlər görüşlərdə iştirak edən hər bir şəxslə şərh almaq üçün əlaqə saxlasalar da, heç biri Zelenski ilə ünsiyyətlərinin təfərrüatlarını açıqlamağa razı olmayıb.
S.Laçın