Yazar
Sultan Laçın
Bütün yazılar
ekskluziv
192
14:24, Bu gün

“7 qurum istərəm -bircə dənə düz məmur!..”

“...Təmiz məmurlar, rəhbərlər, başçılar, nazirlər yetişdirmək üçünsə yuxarıdan aşağı düşüncə tərzini, xüsusən də sovet dövründən qalma “işlədiyin, rəhbəri olduğun obyekti “bacarana can qurban” deyib ye-dağıt” prinsipini kökündən dəyişmək gərəkdir...”
 
-3 CÜMLƏ İLƏ 1 TÖVSİYƏ...-
 
Az öncə bir xəbər çıxdı qarşıma(“Azərbaycanda  daha 7 dövlət qurumu: Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) məxsus 7 şirkət ləğv edilib...”) və dərhal məşhur  “7 oğul istərəm...” filmindən beynimizə həkk olunmuş bir xalq deyimi təxəyyülümdə tamam başqa bir məzmun və şəkildə zühur etdi: “7 qurum istərəm, bircə dənə düz məmur...”
 
Neçə illərdir məmləkətdə ən çox gözə çarpan işlərdən biri də qurum yaratma,  qurum ləğvetmə və yaxud qurum calaqetmə prosesidir: hansısa sahə üzrə yeni bir dövlət qurumu yaradılır, sonra ona başqa bir altqurum da calaq edilir, bir az keçir, təkrar həmin qurum da, onun calaqları da ləğv edilir, digər tamam fərqli sahədə özgə bir qurum peyda olur...
 
Fəqət, əksər sahələrdə də, onları idarə etməli olan qurumlarda da ciddi problemlər, o cümlədən korrupsiya və rüşvətxorluq davam etdiyindən belə nəticəyə gəlinir ki, məsələn,  hansısa sahə üzrə 7 qurum yaratmaqdan öncə onları düzgün, ciddi problemsiz, saxtakarlıq, əliəyrilik etmədən idarə edə bilən bircə nəfər düzgün rəhbər məmur yetişdirmək dövlət və xalq üçün daha faydalı olar... 
 
P.S. Düzgün, vicdanlı, ədalətli, bir sözlə, mənəviyyatca, əxlaqca təmiz məmurlar, rəhbərlər, başçılar, nazirlər və s. yetişdirmək üçünsə yuxarıdan aşağı düşüncə tərzini, xüsusən də sovet dövründən qalma “işlədiyin, rəhbəri olduğun obyekti “bacarana can qurban” deyib ye-dağıt” prinsipini kökündən dəyişmək gərəkdir. Bundan ötrü isə illər öncə yazılarımızda təklif etdiyimiz kimi, məmurları dövlət qulluğuna imtahandan öncə ruhi-mənəvi-əxlaqi testdən keçirmək gərəkdir. Yoxsa iki gündən bir qurumlar ləğv olunur, yeni qurumlar yaranır, neçə illərdən bir başçılar, rəislər, komitə sədrləri nazirlər dəyişilir, amma neqativ hallar bitib-tükənmir. Son 25-30 ildə işdən çıxarılan çox nadir başçı, komitə sədri, nazir göstərmək olar ki,  mətbuatda və yaxud həm də rəsmi qurumlar səviyyəsində onun işlədiyi dövldə korrupsiya, rüşvət bataqlığında üzdüyünü, ölkədə, xaricdə banklarda pulu, onlarla evi, villası, obyekti olduğunu və s. eşitməyək...
 
Yalan demirəm ki?..
 
Sultan Laçın   
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər