Şotlandiya müstəqillik yolunda: Parlament referendum keçirilməsini dəstəklədi
Dünya
133
16:30, Bu gün

Şotlandiya müstəqillik yolunda: Parlament referendum keçirilməsini dəstəklədi

Şotlandiya parlamenti müstəqilliklə bağlı referendumun keçirilməsini dəstəkləyib.

Moderator.az xəbər verir ki, bu barədə hökumətin sosial şəbəkə hesabında məlumat verilib.

"Şotlandiya parlamenti ölkənin müstəqilliyi haqqında referendum keçirilməsi çağırışlarını dəstəkləyib", - deyə açıqlamada bildirilib.

Məlumata görə, deputatların əksəriyyəti (72 səs lehinə, 55 səs əleyhinə) Şotlandiyanın birinci naziri Con Suinninin Böyük Britaniya hökumətinə müraciətini dəstəkləyib.

Nazir 1998-ci il Şotlandiya Aktının 30-cu maddəsinə uyğun olaraq, ölkə parlamentinə müstəqillik referendumunun təşkili səlahiyyətlərini verəcək fərman imzalanmasını tapşırıb.

Suinni ölkəsinin müstəqilliyinin tərəfdarıdır və Şotlandiya Milli Partiyasının lideridir. Mayın 19-da keçirilən seçkidə rəhbərlik etdiyi təşkilatın qələbəsindən sonra o, yenidən Şotlandiyanın birinci naziri vəzifəsinə seçilib.

Qeyd edək ki, Şotlandiya Böyük Britaniyanın tərkibindədir.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər