Zelenski təşəbbüsü ələ aldı: Putin və Tramp kozırsız qaldı -
Ekskluziv
234
13:59, Bu gün

Zelenski təşəbbüsü ələ aldı: Putin və Tramp kozırsız qaldı - "Financial Times"

 
Rusiya və ABŞ liderlərinin strateji səhvləri fonunda Ukrayna həm döyüş meydanında, həm də geosiyasi masada yeni üstünlüklər qazanır...
 
Müasir geosiyasi səhnə misli görünməmiş strateji planlaşdırma böhranı ilə üz-üzə qalıb.
 
Moderator.az xəbər verir ki, bu barədə "ft.com" nəşri yazıb.
 
Putin və Trampın strateji səhvləri
 
Rusiya 2022-ci ildə Ukraynaya müdaxilə edəndə ABŞ-ın o zaman sabiq prezidenti Donald Tramp bu addımı "dahiyanə" adlandırmışdı. Praktikada isə Kreml diktatoru Vladimir Putinin başladığı müharibə üç ay əvvəl yenidən Ağ Evə qayıdan Tramp "Epik qəzəb" əməliyyatına start verənə qədər uzun müddət dövrümüzün ən bahalı geosiyasi səhvi sayılırdı.
 
Nəşr yazır ki, hər iki lider zəif rəqibə qarşı sürətli qələbə qazanacaqlarına inanmışdı. Nəticədə həm ABŞ, həm də Rusiya illərlə davam edəcək böyük siyasi və iqtisadi yük altına düşdü. Məqalədə qeyd olunur ki, bu səhvlərdən ən çox qazanan tərəf isə Çin oldu.
 
Nəşr vurğulayır ki, nə Putin, nə də Tramp özlərinin yaratdığı siyasi tələdən çıxa bilir. Putin üçün Ukraynadakı uğursuzluq hakimiyyətini təhlükə altına salır. Tramp isə vaxtilə "tam məhv edildiyini" dediyi rejimlə sonradan danışıqlar aparmaq məcburiyyətində qalaraq nüfuz itkisi yaşayır.
 
Zelenskinin əlində yeni kartlar var
 
Vladimir Zelenski isə getdikcə daha çox üstünlük əldə edir.
 
Məqalədə bildirilir ki, Ukrayna cəbhəni Rusiyanın böyük itkilər verdiyi qanlı savaş meydanına çevirib. Rusiya ordusunun aylıq itkilərinin təxminən 35 min nəfərə çatdığı qeyd olunur. Ukrayna artıq Rusiyanın 1000 kilometr dərinliyində yerləşən neft, zavod və infrastruktur obyektlərinə zərbələr endirə bilir.
 
Putinin bu ay keçirilən Qələbə Günü paradı zamanı Qırmızı meydanın Ukrayna dronlarından qorunması üçün Trampın vasitəçiliyinə ehtiyac duyduğu da vurğulanır. Məqaləyə görə, Putin ruslara müharibənin onların gündəlik həyatına təsir etməyəcəyini vəd etsə də, artıq insan itkiləri və iqtisadi problemlər bütün cəmiyyətə təsir göstərir.
 
Eyni zamanda Ukrayna ucuz yerli istehsal sistemləri ilə bahalı rus raketlərini vuraraq müharibənin iqtisadi modelini dəyişib. Nəşr yazır ki, bir vaxtlar Trampın "əlində kart yoxdur" dediyi Zelenskinin indi Pentaqonun ehtiyac duyduğu innovasiya üstünlükləri var.
 
Dünyada yeni geosiyasi balans yaranır
 
Nəşr hesab edir ki, həm Rusiya, həm də ABŞ özlərinə ciddi geosiyasi zərbə vurublar. Rusiyanın Ukraynanı tabe etdirə bilməməsi müasir dövrün ən bahalı uğursuzluqlarından biri sayılır. Putin qonşuları qorxutmaq istəyərkən NATO-nun Rusiya ilə sərhədini iki dəfədən çox artırmış oldu.
 
Trampın İranla bağlı planlarının da reallıqdan uzaq olduğu bildirilir. Məqa lədə vurğulanır ki, həm neomühafizəkarlar, həm də "Öncə Amerika" tərəfdarları hazırda çətin vəziyyətdə görünürlər. Nəşr yazır ki, Çin bu səhvlərdən ən çox faydalansa da, orta gücə malik dövlətlər də yeni imkanlar qazanır.
 
ABŞ-ın Yaxın Şərqdəki təsiri zəifləyir, İran regionda hesablaşılmalı gücə çevrilir, Ukrayna isə gələcək NATO üçün əsas tərəfdaşlardan biri kimi önə çıxır. Nəşrin fikrincə, Kiyev və Tehran fərqli yollarla dünyaya böyük gücləri necə zəiflətməyin mümkün olduğunu göstərir və bu dərsləri diqqətlə izləyən yeganə ölkə Tayvan deyil.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər