“Sən kimsən?
244
13:53, Bu gün

“Sən kimsən?" deyəndən sonra Müşfiq Hətəmova cavab verməyə məcbur idim” - Kinematoqrafçılar İttifaqında DAVAya səbəb nə olub? - ÖZƏL

“Dünən tədbir bir az yubandı, mən də çəkilişə getməli idim. Gedəcəyim çəkilişə gecikirdim deyə mənə təklif etdilər ki, sənə verilən sənədin üstünə adını yazıb, qolunu çəkə bilərsən ki, kimə səs verdiyin bilinsin. Bu zaman bilinəcəkdi ki, mən kimi seçirəm. Mən də təbii ki, mikrofona yaxınlaşıb bildirdim ki, çəkilişim olduğu üçün gecikirəm, amma seçim turu olsa səsimi Əli İsa Cabbarova verəcəm. Müşfiq Hətəmov da videodan göründüyü kimi atmacalı sözlər dedi və “sən kimsən?” deyə mənə müraciət etdi. Yəqin düşünürəm ki, onun öz namizədi başqa idi, mənim dilimdən başqa ad eşitdiyi üçün əsəbləşdi”.
 
Bunu Moderator.az-a açıqlamasında tanınmış aktrisa Zülfiyyə Qurbanova deyib.
 
O daha sonra əlavə edib:
“Müşfiq Hətəmov məni çox gözəl tanıyır. 2014-cü ildə Biz Fransanın Kann şəhərində həftəlik proqram çərçivəsində filmimizin nümayişi zamanı Müşfiq müəllim də bizimlə birlikdə idi. Hətta kollektivlə fotomuz da var. Mənim onunla aramda heç bir problem yaşanmayıb. Mən açıqlamamı verib gedəcəkdim, qəfildən özümü qəribə hadisələrin içində gördüm. O mənə o cür xor baxan sözlər deyəndən sonra mən də mədəniyyətimi və etik səviyyəmi qoruyub ona o cavabı vermək məcburiyyətində idim”.
 
Zülfiyyə Qurbanova bildirib ki, Əli İsa Cabbarovdan başqa namizədi olmayıb:
“Nəinki mən, bu sahədə olan bütün gənclər Əli İsa Cabbarovdan daim dəstək görüblər. Biz dünya festivallarına gedəndə və bir balaca sıxıntımız olanda ona deməyimiz kifayət idi ki, bizi get-gələ salmadan nə lazımdırsa dəstək olurdu. İstər maddi, istərsə də mənəvi. Çox adam katib ola bilər, amma hamı ondan düzgün istifadə edə bilməz. Əli İsa müəllim tutduğu vəzifədən və səlahiyyətlərindən düzgün istifadə edib. Düşünürəm ki, Əli İsa müəllimin səlahiyyətləri artıdqca, üstünə düşən vəzifə çoxaldıqca heç nə dəyişməyəcək və yolunu düzgün, vicdanla davam etdirəcək. Ona görə də seçimim Əli İsa Cabbarov oldu və mənim üçün ondan başqa namizəd keçərli deyildi”.
 
Qeyd edək ki, dünən Azərbaycan Kinematoqrafçılar İttifaqının qurultayı keçirilib.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər