18:01
20°C
Bakı
İran ABŞ ilə anlaşma memorandumu üçün qeyri-rəsmi çərçivə layihəsinin hazır olduğunu açıqlayıb.
Moderator.az xəbər verir ki, bu barədə İranın dövlət televiziyası məlumat yayıb.
"Müharibəyə son qoymaq üçün ABŞ ilə hazırlanacaq anlaşma memorandumunun ilk qeyri-rəsmi layihəsinə əsasən, İran bir ay ərzində Hörmüz boğazında ticarət dəniz gəmiçiliyini müharibədən əvvəlki səviyyəyə qaytaracaq. Bunun müqabilində ABŞ İran ətrafındakı hərbi qüvvələrini geri çəkəcək və dəniz blokadasını ləğv edəcək", - deyə dövlət telekanalında bildirilib.