Moldova ilə Rumıniyanın birləşməsi müzakirələri güclənir -
355
15:14, Bu gün

Moldova ilə Rumıniyanın birləşməsi müzakirələri güclənir - "Deutsche Welle" 

 
Kişinyov və Buxarestdə ilk dəfə olaraq birləşməyə müsbət yanaşan liderlər hakimiyyətdədir və bu mövzu artıq siyasi gündəmin əsas hissəsinə çevrilib...
 
Mariya Sandu ilə Nikuşor Dan arasında açıq siyasi və şəxsi yaxınlıq diqqət çəkir. Mayın əvvəlində onlar sosial şəbəkələrdə birlikdə çəkilmiş fotolarını paylaşıb. Şəkildə hər iki lider Rumıniyaya məxsus hərbi təyyarədə yanaşı oturmuş vəziyyətdə görünür.
 
Moderator.az xəbər verir ki, bu barədə "dw.com⁠" nəşri yazıb.
 
Sandu və Dan birləşməni dəstəkləyir

Sandu bildirib ki, onlar birlikdə Ermənistanda keçirilən Avropa Siyasi Birliyinin sammitinə yollanıblar. Bu, Moldova və Rumıniya prezidentlərinin ilk dəfə beynəlxalq tədbirə birlikdə qatılması idi və hava limanında onların vahid nümayəndə heyəti kimi qarşılanması diqqət çəkib.

Müşahidəçilər bunu iki ölkənin birləşməsi ideyasına verilmiş simvolik mesaj sayırlar. Çünki hazırda ilk dəfə həm Moldovada, həm də Rumıniyada bu ideyaya müsbət yanaşan liderlər hakimiyyətdədir.

 
Mariya Sandu son aylarda beynəlxalq mediaya müsahibələrində birləşməni açıq şəkildə dəstəkləyib. O, 2026-cı ilin yanvarında BBC kanalına bildirib ki, belə referendum keçirilsəydi, "lehinə" səs verərdi. Rumıniya prezidenti Nikuşor Dan da "Rumıniya buna hazırdır" açıqlamasını verib.
 
Dəstək artır
 
Moldova ilə Rumıniya arasında ortaq dil, tarix və mədəni bağlar mövcuddur. Hər iki ölkənin dövlət dili rumın dilidir. Moldova yalnız 1991-ci ildə SSRİ dağılandan sonra müstəqilliyini elan edib.

Uzun illər birləşmə ideyası ciddi siyasi rol oynamasa da, son dövrdə dəstək artıb. 2026-cı ilin mart sorğusuna görə, Moldovada əhalinin 42 faizi birləşməni dəstəkləyir, Rumıniyada isə bu göstərici 72 faizə çatır.

 
Məqalədə qeyd olunur ki, Rusiyanın Ukraynaya qarşı müharibəsi Moldovada Moskva ilə bağlı illüziyaları ciddi şəkildə zəiflədib. Bundan başqa, Moldova əhalisinin böyük hissəsi Rumıniya vətəndaşlığına da sahibdir.
 
Əsas problem Dnestryanıdır
 
Bununla belə, layihənin qarşısında ciddi hüquqi və siyasi maneələr qalır. Ən böyük problem isə hələ də rusiyapərəst separatçıların nəzarətində olan Dnestryanının taleyidir. Moldovadakı rusiyapərəst qüvvələr Sandunu "xəyanətdə" ittiham edir.

Bəzi ekspertlər isə hesab edir ki, Avropa İttifaqına üzvlük danışıqları fonunda dövlət başçısının birləşməni dəstəkləməsi mübahisəli görünür.

Avropa diplomatiyasının rəhbəri Kaya Kallas isə bildirib ki, bu məsələyə yalnız Moldova və Rumıniya xalqları qərar verə bilər.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər