Rüfət Abbasov
İdman
268
15:49, Bu gün

Rüfət Abbasov "Neftçi"yə qayıtdı - RƏSMİ

"Neftçi" yeni mövsüm üçün ilk transferini gerçəkləşdirib.
 
Moderator.az xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.
 
Paytaxt təmsilçisi "Şamaxı"dan ayrılan Rüfət Abbasovu heyətinə qatıb. 21 yaşlı müdafiəçi ilə 3 illik müqavilə imzalanıb. O, komandada 3 nömrəli formanı geyinəcək.
 
Qeyd edək ki, “Neftçi”nin yetirməsi olan, 2015-ci ildə klubun akademiyasına qoşulan Abbasov əsas komandaya 2021/22 mövsümündə cəlb edilib və 2 rəsmi oyun keçirib. Son iki mövsümdə “Şamaxı” klubunun formasını geyinmiş Rüfət U-21 milli komandasında 17 matçda meydana çıxıb və əsas milli komandaya da dəvət olunub.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər