Zelenski Trampa HHM sistemlərinin kəskin çatışmazlığı ilə bağlı təcili məktub göndərib
Dünya
141
18:10, Bu gün

Zelenski Trampa HHM sistemlərinin kəskin çatışmazlığı ilə bağlı təcili məktub göndərib

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Tramp və ABŞ Konqresinə Ukraynada Hava Hücumundan Müdafiə sistemlərinin çatışmazlığı barədə xəbərdarlıq məktubu göndərib.

Moderator.az xəbər verir ki, bu barədə Ukrayna mediası prezidentin müşaviri Dmitri Litvinə istinadən məlumat yayıb.

"Raketdən müdafiə məsələsinə gəldikdə, dostlarımıza güvənirik", - məktubda deyilir.

Ukraynanın ballistik raketlərdən müdafiə məsələsində demək olar ki, tamamilə ABŞ-dan asılı olduğu vurğulanır.

Zelenskinin məktubunda PURL proqramı vasitəsilə əldə edilən silahların həcminin artıq Kiyevin üzləşdiyi real təhlükə səviyyəsinə uyğun gəlmədiyi də qeyd olunub.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər