Hüseyn və Paşa Avropa çempionu oldu
İdman
150
22:27, Bu gün

Hüseyn və Paşa Avropa çempionu oldu

Bolqarıstanın Samokov şəhərində güləş üzrə U-15 Avropa çempionatı davam edir.

Moderator.az xəbər verir ki, bu haqda Güləş Federasiyası məlumat yayıb.

Məlumata görə, yunan-Roma güləşi üzrə millimizin 2 üzvü Avropa çempionu olub.

Belə ki, Hüseyn Əmrahlı (38 kiloqram) finalda estoniyalı Daniel Samuelə tam üstünlüklə (9:0) qalib gələrək, Paşa Aslan (44 kiloqram) isə həlledici görüşdə ermənistanlı Paşa Xudoyanı 4:1 hesabı ilə üstələyərək Avropa çempionu adına sahib çıxıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər