Lavrov və Fələstinin vitse-prezidenti Qəzza zolağındakı vəziyyəti müzakirə ediblər
Dünya
127
22:47, Bu gün

Lavrov və Fələstinin vitse-prezidenti Qəzza zolağındakı vəziyyəti müzakirə ediblər

Rusiya xarici işlər naziri Sergey Lavrov və Fələstinin vitse-prezidenti Hüseyn Şeyx telefonla Fələstin-İsrail münaqişə zonasındakı vəziyyəti müzakirə ediblər.

Moderator.az xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.

Məlumatda qeyd olunur: "Söhbət zamanı Fələstin-İsrail münaqişə zonasındakı vəziyyət müzakirə edilib, Qəzza zolağında davamlı atəşkəsin təmin edilməsinin və anklavın demək olar ki, tamamilə dağıdılmış mülki infrastrukturunun bərpası üçün işlərin tez bir zamanda başlanması, eləcə də Qərb sahilindəki vəziyyətin normallaşdırılmasının vacibliyi vurğulanıb".

Lavrov Moskvanın müstəqil Fələstin dövlətinin yaradılmasının münaqişənin hərtərəfli həllində alternativsiz yanaşma olduğunu bildirib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər