Çində rüşvətxorluğa görə 17 nəfər futboldan ömürlük uzaqlaşdırıldı
İdman
137
22:50, Bu gün

Çində rüşvətxorluğa görə 17 nəfər futboldan ömürlük uzaqlaşdırıldı

Çin Futbol Assosiasiyası rüşvətxorluq və oyun sövdələşməsində günahlandırılan 17 nəfəri ömürlük futboldan kənarlaşdırıb.

Moderator.az xəbər verir ki, bu barədə "South China Morning Post" qəzetin məlumat yayıb.

Daha 48 nəfər beş ilə qədər müddətə diskvalifikasiya olunub.

2024-cü ilin sentyabr ayında Çin Futbol Assosiasiyası qumar və danışılmış oyunlara görə 43 nəfərin futbolla əlaqəli fəaliyyətlərdən ömürlük uzaqlaşdırıldığını açıqlayıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər