Antalyadakı malikanələrdən birində Paşinyan üçün sığınacaq hazırlanır... -İDDİA
Ekskluziv
524
17:27, Bu gün

Antalyadakı malikanələrdən birində Paşinyan üçün sığınacaq hazırlanır... -İDDİA

Ermənistan hakimiyyəti Rusiyada işləyən 150 min ailənin rifahını təhlükəyə atır. Bu barədə Ermənistanın terrorçu eks-prezidenti, Xocalı və 1 mart canisi və baş nazirliyə namizəd Robert Köçəryan "Hayastan" blokunun üzvü olan Tsaghkahovit sakinləri ilə görüşündə çərənləyib.
 
Moderator.az xəbər verir ki, bu haqda News.am məlumat yayıb.
 
Köçəryanın sözlərinə görə, hakimiyyətin hərəkətləri nəticəsində guya Ermənistan geo-siyasi münaqişələrin mərkəzinə çevrilir.
 
O, qeyd edib ki, guya "ölkəni bərpa etmək" vəzifəsini iki dəfə öz üzərinə götürüb: birinci dəfə müharibədən sonra Qarabağda, ikinci dəfə isə Ermənistan prezidenti olub. “Bəlkə də bunu üçüncü dəfə etmək qismətdir”, - deyə Köçəryan həyasızcasına bildib və əlavə edib ki, bu dəfə daha çətin olacaq.
 
“1997-ci ildə daxili siyasi gərginlik var idi, amma heç kim bizim erməni olub-olmadığımızı soruşmurdu. Birinci prezident_L.Ter-Petrosyan-S.L.) "Daşnaksutyun"la yaxşı münasibətdə deyildi, amma heç kim “Gəlin Qarabağı təhvil verək, türklərə təslim olaq” deməyib. İndi bölünmə kimlik xətti boyunca gedir. Onu sarsıtmaq daha çətindir, amma bərpa etmək daha da çətindir”, - deyə o qeyd edib. O, prezidentliyinin ilk illərində birinci prezident Ter-Petrosyanla fikir ayrılıqlarının olduğunu, lakin Türkiyə ilə qardaşlıq və ya ölkə üçün təhlükəli olan bu kimi məsələlərdən danışılmadığını qeyd edib. İndi təhlükə daha böyükdür. Rusiya ilə Qərb arasında qalmaq uğura mərc etmək deməkdir və buna son qoyulmalıdır, - deyə Köçəryan vurğulayıb.
 
Rusiya ilə münasibətlərin pisləşməsindən danışan terrorçu siyasətçi xatırladıb ki, ən təvazökar hesablamalara görə, Rusiyada 150 min Ermənistan vətəndaşı işləyir.
 
“Yəni 150 min ailə bunun hesabına yaşayır. 4-ə vurun, bir çox insan Rusiya ilə münasibətlərdən asılıdır. Siyasi istiqaməti dəyişdirmək istəyirsinizsə, əvvəlcə bu insanların işlə təmin olunması məsələsini həll edin”, - deyə o, qeyd edib. Köçəryanın sözlərinə görə, bu, geosiyasi kazinodur və xalq onun məğlubiyyətinin bədəlini ödəyir. “Və o, həmişə qaçır, necə ki, 1 martda və ya 44 günlük müharibədən sonra. Bəlkə də artıq onun üçün Antalyadakı malikanələrdən birində sığınacaq hazırlayıblar”, - deyə Köçəryan iddia edib.
 
S.Laçın
 
S.Laçın
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər