Ermənistanda deputatlığa namizəd Tevanyan barəsində cinayət işi açılıb
Dünya
154
21 May 2026 | 23:17

Ermənistanda deputatlığa namizəd Tevanyan barəsində cinayət işi açılıb

Ermənistanın İstintaq Komitəsi "Çiçəklənən Ermənistan" Partiyasından deputatlığa namizəd Andranik Tevanyan barəsində dövlətə xəyanət və casusluq ittihamı ilə cinayət işi başladıb.

Moderator.az xəbər verir ki, bu barədə komitənin "Facebook" sosial şəbəkəsində yaydığı bəyanatda deyilir.

Qurumun iddiasına görə, "Ermənistan" blokunun seçki siyahısına daxil edilmiş Tevanyan 2024-cü ildə xarici xüsusi xidmət orqanları tərəfindən ələ alınıb. İddia olunur ki, o, casusluq edib, eləcə də dövlət sirri təşkil edən məlumatları "xüsusilə külli miqdarda - 622 min ABŞ dolları məbləğində mükafat müqabilində" ötürüb.

Qeyd olunur ki, ötürülən məlumatlar 2024-cü ilin aprelində parlamentin qapalı, məxfi iclasında keçirilmiş dinləmələrin gedişatı və nəticələrinə aid olub. Əldə edilmiş məlumatlar əsasında komitədə dövlətə xəyanət və casusluq maddələri üzrə cinayət işi başlanıb.

Bir gün əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan Tevanyanı dövlətə xəyanətdə ittiham edib.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər