ABŞ Livanın bir sıra siyasətçilərinə sanksiyalar tətbiq edib
Dünya
147
21 May 2026 | 23:20

ABŞ Livanın bir sıra siyasətçilərinə sanksiyalar tətbiq edib

ABŞ Maliyyə Nazirliyi radikal "Hizbullah" qruplaşması ilə əlaqələrinə görə Livanda doqquz şəxsə qarşı sanksiya tətbiq edib.

Moderator.az xəbər verir ki, bu barədə Xarici Aktivlərə Nəzarət İdarəsi məlumat yayıb.

İdarənin məlumatına görə, bu şəxslər Livanda sülh prosesinə mane olur və qruplaşmanın tərk-silah edilməsinə qarşı çıxırlar.

"Hizbullah"la əlaqəli bu vəzifəli şəxslər Livanın parlamentində, ordusunda və təhlükəsizlik sektorunda mövqelər tutur və orada nüfuzlarını qoruyub saxlamağa çalışırlar", - məlumatda bildirilib.

Qeyd olunub ki, "Hizbullah"ın davam edən hərbi fəaliyyəti və dövlətə məcburedici təsiri Livan hökumətinin dövlət institutları üzərində hakimiyyətini bərqərar etmək və terrorçu qruplaşmanı tərk-silah etmək imkanlarını sarsıdır.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər