23:38
19°C
Bakı
İsrail Sumud donanmasına aid gəmilərdə saxlanılan bütün xarici aktivistləri qlobal etirazlardan sonra deportasiya edib.
Moderator.az xəbər verir ki, bu barədə İsrail Xarici İşlər Nazirliyinin məlumatında deyilir.
“İsrail Qəzza zolağının qanuni dəniz blokadasının pozulmasına imkan verməyəcək”, - deyə bildirilib.
Fəalları təmsil edən hüquq mərkəzi bildirib ki, donanma üzvlərinin əksəriyyəti İsrailin cənubundakı Ramon hava limanından deportasiya olunub.
Qeyd edək ki, İsrail Hərbi Dəniz Qüvvələri humanitar yardımla Qəzzaya gedən Sumud donanmasına aid gəmiləri əməliyyat nəticəsində saxlayıb. Daha sonra təhlükəsizlik naziri Ben-Qvir saxlanılan fəalların təhqir edilməsini əks etdirən görüntülər paylaşıb.