KİV: ABŞ İranın təklifi ilə razılaşdı
Dünya
195
17:30, Bu gün

KİV: ABŞ İranın təklifi ilə razılaşdı

ABŞ İranla aparılan danışıqlar müddətində bu ölkənin neftinə qarşı tətbiq edilən sanksiyaların icrasını müvəqqəti dayandırmağa razılıq verib.

Moderator.az xəbər verir ki, bu barədə İranın danışıqlar qrupuna yaxın olan mənbəyə istinadən "Tasnim" agentliyi məlumat yayıb.

Mənbənin sözlərinə görə, Birləşmiş Ştatlar əvvəlki irəli sürdüyü təkliflərdən fərqli olaraq, yeni variantda danışıqlar prosesi davam edərkən İrana qarşı neft sanksiyalarını dondurmağı qəbul edib. Məlumatlı şəxs əlavə edib ki, yekun razılaşma əldə olunana qədər Vaşinqton yalnız ABŞ Maliyyə Nazirliyinin sanksiyalarını ləğv etməyə hazır olduğu halda, Tehran bütün məhdudiyyətlərin tam şəkildə aradan qaldırılmasını tələb edir.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər