Zimbabvenin vitse-prezidenti:
Siyasət
75
18:06, Bu gün

Zimbabvenin vitse-prezidenti: "WUF-un inkişafı və siyasi iradənin gücləndirilməsi vacibdir"

"Yüksək qonaqpərvərliyə və səmimi qarşılanmaya görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edirəm. Azərbaycanın timsalında Ümumdünya Şəhərsalma Forumu (WUF - red.) getdikcə əhəmiyyət daşıyan platformaya çevrilir".

Moderator.az xəbər verir ki, bu fikirləri Zimbabvenin vitse-prezidenti Konstantino Quveya Dominik Nyikadzino Çivenqa WUF13 çərçivəsində keçirilən Liderlər Sammitində deyib.

O bildirib ki, hər kəs üçün dayanıqlı yaşayış məskənlərinin yaradılması istiqamətində bu Forumun inkişaf etdirilməsi və siyasi iradənin gücləndirilməsi vacibdir:

"Biz birlikdə həll yolları tapmalıyıq. Çünki bu gün dünyada 3 milyard insanın yaşayış evi yoxdur. Həmçinin Zimbabvedə də 1 milyon 500 min mənzil çatışmazlığı var idi. Lakin 2020-2025-ci illərdə bu çatışmazlıq xeyli azaldı. 2-ci mərhələdə - 2026-2030-cu illərdə isə daha 1 milyon vahid mənzilin tikilməsi nəzərdə tutulub. Eyni zamanda, mənzil çatışmazlığının problem kimi qaldığını başa düşürük".

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər