İtkin düşən italiyalı dalğıcların meyitləri tapıldı
Dünya
87
18:09, Bu gün

İtkin düşən italiyalı dalğıcların meyitləri tapıldı

Xilasedicilər Maldiv adalarında sualtı mağaraları tədqiq edərkən həlak olan dörd İtaliya vətəndaşının meyitlərini aşkar ediblər.

Moderator.az xəbər verir ki, bu barədə İtaliya Xarici İşlər Nazirliyi (XİN) rəsmi məlumat yayıb.

"Corriere della Sera" qəzetinin yazdığına görə, həlak olanların meyitləri təxminən 60 metr dərinlikdə, "köpəkbalığı mağarası" adlanan ərazidə aşkar edilib.

Meyitləri tapılanlar Genuya Universitetinin professoru, onun 22 yaşlı qızı və iki gənc tədqiqatçıdır.

Ölən beşinci şəxsin, dalğıc təlimatçısının meyiti daha əvvəl tapılıb.

Axtarış əməliyyatları zamanı yerli dalğıclardan biri də həlak olub.

Mayın 15-də beş İtaliya vətəndaşının ölümü barədə məlumat verilib. Faciənin səbəbi hələlik məlum deyil.

Roma prokurorluğu italiyalı dalğıcların həlak olma səbəblərinə dair rəsmi istintaq başladıb. Versiyalar arasında tədqiqat zonasında əlverişsiz hava şəraiti, keyfiyyətsiz qaz qarışığı, balonlarda yanlış qaz növü var.

Yerli hakimiyyətin iddiasına görə, rəsmi icazə verilən 30 metrə qarşı 50-60 metr dərinlikdə tədqiqatlar həyata keçirilib. Həlak olanların hamısı təcrübəli dalğıc kimi tanınıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər