Bu ilin yanvar-mart aylarında Azərbaycana xaricdən 650.2 min ABŞ dolları dəyərində 530 ton "Aİ-98" ("Super") markalı avtomobil benzini gətirilib.
Moderator.az "Report"a istinadla xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 19%, kəmiyyət olaraq 18% azdır.
Hesabat dövründə Azərbaycan Belarusdan 293.5 min ABŞ dolları dəyərində 239.4 ton, Rumıniyadan 206.8 min ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 46% çox) 168.7 ton (+46 %), Rusiyadan 150 min ABŞ dolları dəyərində (-49 %) 122.3 ton (-49 %) və benzin alıb.
Azərbaycan 1 il 4 aylıq fasilənin ardından Belarusdan tədarükü bərpa edib.
2025-ci ildə Azərbaycana idxal edilmiş "Aİ-98" benzinin 45.2 %-i Rumıniyanın, 40.1 %-i Rusiyanın payına düşüb.
Həmçinin Bu ilin yanvar-mart aylarında Azərbaycan 38.4 milyon ABŞ dolları dəyərində 44 min 509 ton "Aİ-95" ("Premium") markalı avtomobil benzini idxal edib.
Hesablamalara əsasən, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 47%, kəmiyyət olaraq 44 % çoxdur.
Azərbaycan Belarusdan 9.92 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 6 dəfə artıb) 11 min 823 ton (+6 dəfə), Rusiyadan 9.91 milyon ABŞ dolları dəyərində (-49 %) 11 min 396 ton (-50 %), Birləşmiş Ərəb Əmirliklərindən 7.6 milyon ABŞ dolları dəyərində 9 min ton (1 il əvvəl tədarük olmayıb), Yunanıstandan 5.38 milyon ABŞ dolları dəyərində 6 min 33 ton (bir il əvvəl tədarük olmayıb), Qazaxıstandan 2.87 milyon ABŞ dolları dəyərində 3 min 290 ton benzin alıb.
Bu il son 16 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Qazaxıstandan tədarük həyata keçirilib.
Hesabat dövründə Azərbaycan 3.86 milyon ABŞ dolları dəyərində (+8 dəfə) 5 min 517 ton (+8 dəfə) "Premium" markalı benzin ixrac edilib.
Azərbaycan Gürcüstana 2.69 milyon ABŞ dolları dəyərində (+4 dəfə) 3 min 773 ton (+6 dəfə) və Ermənistana 1.16 milyon ABŞ dolları dəyərində 1 min 743 ton benzin satıb.