Pakistan Səudiyyə Ərəbistanına minlərlə əsgər və qırıcı təyyarələr göndərib
Dünya
216
18:07, Bu gün

Pakistan Səudiyyə Ərəbistanına minlərlə əsgər və qırıcı təyyarələr göndərib

Pakistan müdafiə sahəsində əməkdaşlıq razılaşması çərçivəsində Səudiyyə Ərəbistanı ərazisində 8 minlik hərbi kontingent, hava hücumundan müdafiə sistemləri və bir eskadrilya qırıcı təyyarə dislokasiya edib.

Moderator.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Bildirilib ki, İslamabad tərəfindən krallığa Pakistan-Çin müştərək istehsalı olan 16 ədəd "JF-17 Thunder" qırıcısı, iki PUA eskadrilyası, həmçinin Çin istehsalı "HQ-9" HHM sistemləri təhvil verilib. "Reuters"in mənbələri vurğulayırlar ki, göndərilən bütün texnikanın idarəedilməsi və xidməti Pakistan hərbçiləri tərəfindən həyata keçirilir, əməliyyatın xərclərini isə Ər-Riyad qarşılayır.

Nəşrin məlumatında o da bildirilir ki, qüvvələrin yerdəyişməsi İran ətrafında cərəyan edən gərginliklə eyni vaxta təsadüf edir. Bununla yanaşı, Pakistanın rəsmi Tehran və Vaşinqton arasında danışıqlarda əsas vasitəçi rolunu oynadığı diqqətə çatdırılır.

Xatırladaq ki, Pakistan ilə Səudiyyə Ərəbistanı 2025-ci ilin sentyabrında strateji qarşılıqlı müdafiə paktı imzalayıblar. Həmin sənədə əsasən, bu dövlətlərdən birinə edilən hər hansı hücum digərinə də edilmiş təcavüz kimi qiymətləndiriləcək. İslamabadın Ər-Riyadı nüvə çətiri ilə təmin edib-etməyəcəyi barədə sualı cavablandıran Pakistanın müdafiə naziri Xavaca Asif bəyan edib ki, ölkəsinin malik olduğu bütün imkanlar müqavilənin şərtləri çərçivəsində mütləq şəkildə əlçatan olacaq.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər