Mavriki lideri:
Siyasət
84
18:08, Bu gün

Mavriki lideri: "Urbanizasiya planlaması bizim üçün sadəcə bir seçim deyil, həyatda qalmaq mənasını daşıyır"

"Kiçik ada ölkəsi olan Mavriki ciddi ərazi qıtlığı, dəniz səviyyəsinin qalxması, eləcə də iqlim və şəhərləşmə təhlükələri ilə mübarizə aparır. Bu səbəbdən urbanizasiya planlaması bizim üçün sadəcə bir seçim deyil, həyatda qalmaq və zərurət mənasını daşıyır".

Moderator.az xəbər verir ki, bu fikirləri Mavriki Respublikasının Prezidenti Darambir Qoxul WUF13 çərçivəsində baş tutan Liderlər Sammitində səsləndirib:

"Hökumət 2025-ci ildə BMT-Habitat və Yeni Şəhər Gündəliyinin əsaslarına söykənən, 2040-cı ilədək nəzərdə tutulmuş yeni Milli İnkişaf Strategiyasını təsdiqləyib. Bu sənəd ekoloji tarazlıq, iqtisadi artım və sosial bərabərlik prinsipləri qorunmaqla davamlı tərəqqini hədəfləyir.

Hazırda həssas sosial təbəqələrin dəstəklənməsi, nəqliyyat, xidmət, yaşayış sahələri arasında güclü əlaqələri olan inteqrasiya edilmiş icmaların qurulması və əlçatan, etibarlı mənzil təminatının artırılması istiqamətində addımlar atılmaqdadır.

İqlim dəyişiklikləri Mavriki üçün hər gün qarşılaşılan bir reallıq olduğundan biz gələcək təhdidlərə tab gətirə bilən şəhərlərin inşasına böyük önəm veririk".

O çıxışın WUF13 müzakirələrində önəmli rol oynayan Ağ Şəhər və Ağdamın bərpası layihələri başda olmaqla, Azərbaycanın şəhərsalma sahəsindəki təşəbbüslərinin mühüm əhəmiyyət daşıdığını vurğulayıb:

"Biz şəhərlərin yalnız iqtisadi artım mərkəzləri deyil, həm də dözümlülük, inklüzivlik və insan dəyərlərinin qorunduğu məkanlar olması üçün beynəlxalq ictimaiyyəti daha çox həmrəyliyə və dəstəyə səsləyirik".

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər