16:53
17°C
Bakı
Hörmüz boğazında üzən ABŞ-nin iki ticarət gəmisinin göyərtəsində hərbi qulluqçular yer alıblar.
Moderator.az xəbər verir ki, bu barədə "NBC News" telekanalı məlumat yayımlayıb.
Xəbərə əsasən, İran tərəfi hər iki dəniz nəqliyyatı vasitəsinə raket və pilotsuz uçuş aparatları (PUA) ilə zərbələr endirməyə cəhd göstərib. Ancaq ABŞ hərbçiləri bu hücumların qarşısını alıblar və nəticədə bir neçə kiçikölçülü qayıq batırılıb. Telekanal qeyd edib ki, bu hadisə ABŞ silahlı qüvvələrinin Hörmüz boğazını keçən mülki ticarət gəmilərində fiziki olaraq iştirak etdiyi ilk qeydə alınmış faktdır.
Qeyd edək ki, Pentaqon ABŞ ordusunun bu addımlarını müvafiq təhlükəsizlik tədbirləri kimi qiymətləndirib.