ABŞ-da kağız fabrikində baş verən qəzada ölənlərin sayı 11 nəfərə çatıb
Dünya
77
10:20, Bu gün

ABŞ-da kağız fabrikində baş verən qəzada ölənlərin sayı 11 nəfərə çatıb

ABŞ-ın Vaşinqton ştatında yerləşən kağız fabrikində baş verən kimyəvi qəza nəticəsində ölənlərin sayı 11-ə çatıb.

Moderator.az-ın məlumatına görə, rəsmilər itkin düşən şəxslərin hamısının cəsədinin tapıldığını açıqlayıb. Hadisə Nippon Dynawave Packaging müəssisəsində böyük kimyəvi çənin dağılması nəticəsində baş verib.

Məlumata görə, müəssisədə kağız istehsalında istifadə olunan “white liquor” (natrium sulfid) adlı kimyəvi məhlul saxlanılan təxminən 3,4 milyon litrlik çən dağılıb.

Qəzanın səbəbi hələ müəyyən edilməyib. ABŞ rəsmiləri bunu Vaşinqton ştatının müasir tarixində ən ağır sənaye faciələrindən biri adlandırır.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər