Bizi sosial şəbəkələrdən izləyin:
Xocalı və 1 Mart canisi, terrorçu eks-prezident Robert Köçəryan Ermənistanın İctimai Televiziyasında seçki kampaniyasında siyasi qüvvələrin aparıcı simaları ilə keçiriləcək debatda iştirak edib-etməyəcəyi ilə bağlı suala cavab verərkən "xeyr" cavabını verib, çünki debat formatını bəyənmir.
Moderator.az xəbər verir ki. bu haqda "Armtimes" məlumat yayıb.
Ermənistan Respublikası Baş nazirinin aparat rəhbərinin müavini Taron Çaxoyan özünün "Facebook" səhifəsində video paylaşaraq Köçəryanın Nikol Paşinyanla debatda iştirak etməmək qərarını şərh edib və belə yazıb:
"Köçəryan yenidən Baş nazirlə qarşılaşmaqdan qaçdı və debatdan imtina etdi."
Çaxoyanın sözlərinə görə, Köçəryanın 8 ildir baş nazirlə görüşlərdən qaçdığı kimi, bu dəfə də qaçıb. O, masanın altından qışqırmağa üstünlük verib ki, guya o, kişidir və sözünə sadiqdir.
"Amma bu, sadəcə ölü bir aslanın şillə vurmasıdır", - Çaxoyan bildirib.
Xatırladaq ki, 2025-ci ilin fevralında da Paşinyan onu debata dəvət etsə də, Köçəryan imtina etmişdi.
S.Laçın