10:53
21°C
Bakı
Goranboy rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində üç nəfər xəsarət alıb.
Moderator.az APA-ya istinadən xəbər verir ki, qəza rayon ərazisində iki VAZ markalı minik avtomobilinin toqquşması nəticəsində baş verib.
Hadisə zamanı 2001-ci il təvəllüdlü İ.Namazov, 1962-ci il təvəllüdlü S.Məmmədov və daha bir nəfər müxtəlif bədən xəsarətləri alıb. Yaralılar xəstəxanaya çatdırılıblar, onların vəziyyətinin orta ağır olduğu bildirilir.
Qəza yerinə polis əməkdaşları cəlb olunublar. Faktla bağlı araşdırma aparılır.