Bəzi ərazilərdə yağış yağır, küləkli hava şəraiti davam edir - FAKTİKİ HAVA
Cəmiyyət
78
11:00, Bu gün

Bəzi ərazilərdə yağış yağır, küləkli hava şəraiti davam edir - FAKTİKİ HAVA

Mayın 31-i saat 10:00-a olan faktiki hava açıqlanıb.

Moderator.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti davam edib. Bəzi yerlərdə yağıntılar intensiv xarakterli olub. Şahdağda isə qar yağıb.

Düşən yağıntının miqdarı Ordubad, İsmayıllıda 10, Sabirabadda 9, Daşkəsən, Astarada 8, Göygöl , Sarıbaşda (Qax) 7, Gədəbəy, Şahdağda 6, Xızıda 5, Culfa, Naftalan, Lənkəranda 4, Şahbuz, Qubada 3, Balakən, Zaqatala, Qəbələ, Tərtər, İmişlidə 2, Bakıda və Abşeron yarımadasında, eyni zamanda Naxçıvan, Şərur, Gəncə, Şəmkir, Tovuz, Oğuz, Şamaxı, Qobustan, Qusar, Şabran, Mingəçevir, Yevlax, Göyçay, Kürdəmir, Goranboy, Cəlilabad, Yardımlı, Lerik, Neftçala, Biləsuvar, Şəki, Ağdam, Laçın, Kəlbəcər, Qubadlıda 1 mm-dək qeydə alınıb.

Bəzi yerlərdə şimal-qərb küləyi əsib, küləyin maksimal sürəti Naftalanda 24, Mingəçevirdə 22, Şahdağda 20 m/s-dək güclənib.

Mayın 30-da saat 13:02-13:06 radələrində Kəlbəcər rayonunun Çəpli kəndinə dolu düşüb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər