Tramp Omanı hədələyib
Dünya
138
11:20, Bu gün

Tramp Omanı hədələyib

ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazı ətrafında yaranan mübahisə fonunda Omanın mövqeyini sərt tənqid edib.

Moderator.az xəbər verir ki, Fox News-un məlumatına görə, Tramp Ağ Evdə keçirilən kabinet iclasında Hörmüz boğazının hamı üçün açıq qalmalı olduğunu bildirib.

Onun sözlərinə görə, bu su yolu beynəlxalq əhəmiyyət daşıyır və heç bir ölkə onun üzərində nəzarət qurmağa çalışmamalıdır. Tramp Omanın İranla boğazın idarə edilməsi və mümkün rüsum mexanizmləri ilə bağlı müzakirələr aparmasından narazılığını ifadə edib.

Məlumata əsasən, Vaşinqton İran və Omanın Hörmüz boğazı üzrə birgə idarəetmə və ya keçid haqqı tətbiqi ilə bağlı mümkün danışıqlarına qarşı çıxır. ABŞ administrasiyası hesab edir ki, belə addım dənizdə sərbəst hərəkət prinsipinə zərbə vurar və Tehranın regiondakı təsirini artıra bilər.

Oman uzun illərdir ABŞ və İran arasında vasitəçi rolunu oynayır. Məsqət həm Vaşinqtonla təhlükəsizlik əlaqələrini qoruyur, həm də Tehranla münasibətləri saxlayır. Ekspertlər hesab edirlər ki, Trampın sərt bəyanatı ABŞ-la Oman arasında yeni diplomatik gərginlik yaradıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər