Azərbaycan sularında üzdüyü  iddia edilən timsahın Meksikada lentə alındığı təsdiqləndi-ÖZƏL GÖRÜNTÜLƏR -YENİLƏNİB
Ekskluziv
7429
10:08, Bu gün

Azərbaycan sularında üzdüyü  iddia edilən timsahın Meksikada lentə alındığı təsdiqləndi-ÖZƏL GÖRÜNTÜLƏR -YENİLƏNİB

Azərbaycan sularında üzdüyü iddia edilən timsahın Meksikada lentə alındığı təsdiqləndi. Bununla bağlı həmin ölkəyə məxsus rəsmi səhifədə paylaşım edilib. Qeyd edək ki, video görüntünü instagramda Mingəçevir şəhəri 8 nömrəli tam orta məktəbdə çalışan Nağı adlı müəllim paylaşıb.
 
 
***
 
Azərbaycanda çəkildiyi ehtimal olunan timsah görüntüləri müzakirələrə səbəb olub. Belə ki, nə qədər inanılmaz olsa da çayda iki timsah görünür və bu görüntülərin Yuxarı Şirvan kollektorunda çəkildiyi iddia edilir.
 
Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun əməkdaşı, Biologiya üzrə fəlsəfə doktoru Şahvələd Əliyev Moderator.az-a açıqlamasında bildirib ki, bu mövzu araşdırılmalıdır və həmin görüntülərin Azərbaycanda çəkildiyi isbat olunmalıdır:
 
“Bu görüntüləri mən də izlədim. Ağlım nəsə kəsmir. Timsah bizim sualara məxsus deyil. O quruda, suda yaşayan canlıdır. Əgər düzdürsə bu hardansa bəlkə də azıb gəlib. Amma yenə də bunu nəyləsə əsaslandırmaq düzgün deyil. Vaxtilə Azərbaycanda torpik heyvanların cəsədləri tapılıb. Timsah bizim ekologiyaya məxsus canlı deyil. Ona görə də dərindən araşdırılmalıdır”.
 
Dünya şöhrətli peşəkar ovçu Faiq Babanlı Moderator.az-a açıqlamasında mövzu ilə bağlı qısaca rəy bildirib:
“Mənim fikrimcə bu Azərbaycanda çəkilən video deyil. Azərbaycanda ya timsaha oxşayan, ya da ki, bu tip sürünən heyvan nəslindən heç bir canlı yaşamır. Timsah ümumiyyətlə bizim sualara məxsus deyil”.
 
Qeyd edək ki, görüntüləri instaqramda Mingəçevir şəhəri 8 nömrəli tam orta məktəbdə çalışan Nağı adlı müəllim paylaşıb.

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər