10:54
21°C
Bakı
ABŞ-ın trampist "MAGA" hərəkatının tərəfdarları Macarıstanın keçmiş korrupsioner və avtoritarlığa meyilli Baş naziri Viktor Orbanı Birləşmiş Millətlər Təşkilatında yüksək vəzifəyə təyin etməyi düşünürlər.
Moderator.az "TSN"-ə istinadla xəbər verir ki, bu barədə Macarıstanın "VSquare" nəşri diplomatik əlaqələri olan mənbələrə əsaslanaraq məlumat yayıb.
Nəşrin məlumatına görə, belə bir ssenarinin əsas səbəbi BMT-də yüksək status verən diplomatik toxunulmazlığın əldə edilməsi ola bilər.
Jurnalistlərin mənbələri iddia edirlər ki, bu halda konkret vəzifə ikinci dərəcəli əhəmiyyət kəsb edir.
Əsas sual gələcək təyinatın təmin edəcəyi toxunulmazlıq səviyyəsidir...
S.Laçın