WUF13 çərçivəsində operativ dəstək xidmətləri göstəriləcək - FOTO
Cəmiyyət
63
23:30, Bu gün

WUF13 çərçivəsində operativ dəstək xidmətləri göstəriləcək - FOTO

WUF13 çərçivəsində bütün iştirakçılar üçün inklüzivliyi və bərabər imkanları tam təmin etmək məqsədilə operativ dəstək xidmətləri kompleksi həyata keçiriləcək.

Moderator.az xəbər verir ki, bu barədə WUF13 Azərbaycan Əməliyyat Şirkəti "X" hesabında paylaşım edib.

Qeyd olunub ki, A Zonasında yerləşən xüsusi məntəqədə əlil arabalarının ilkin texniki yoxlanışı və onlara dəstək xidmətləri təklif ediləcək, elektrikli arabalarla hərəkət edən iştirakçılara isə müraciət əsasında portativ enerji stansiyaları veriləcək.

"Məlumat mərkəzində gözlə görünməyən əlilliyi olan şəxslərə könüllülük prinsipi ilə xüsusi təyinatlı qolbaqlar təqdim olunacaq. S Zonasında xidməti və bələdçi itlərin müayinəsi, eləcə də ehtiyac yarandıqda ilk tibbi yardımın göstərilməsi üçün ayrıca otaq fəaliyyət göstərəcək" - deyə paylaşımda qeyd olunub.

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər