Bir çox insan həyatında dəyərli bir qadını itirdikdən sonra onun qiymətini anlayan kişilərlə qarşılaşıb.
Moderator.az yourtango.com- istinadən xəbər verir ki, Psixoloqlar və münasibət mütəxəssisləri hesab edirlər ki, bəzi ifadələr münasibətlərdə zamanla ciddi emosional uzaqlaşmaya və hətta ayrılığa səbəb ola bilər. Onların fikrincə, emosional zəka sahibi insanlar qarşı tərəfi alçaldan, hisslərini kiçildən və ya manipulyasiya xarakterli sözləri vərdişə çevirmirlər.
Mütəxəssislərin münasibətlərdə ən zərərli hesab etdiyi ifadələr bunlardır:
1. “Səndən daha yaxşısını tapa bilərəm”
Psixoloqlar bildirirlər ki, bu ifadə qarşı tərəfin özünəinamını sarsıtmaq və onu dəyərsiz hiss etdirmək məqsədilə işlədilə bilər. Bu davranış “negging” adlanan verbal manipulyasiya üsulu hesab olunur.
2. “Off, sonra edərəm” — və məsuliyyəti qarşı tərəfin üzərinə buraxmaq
Mütəxəssislərin fikrincə, kişinin davamlı şəkildə məsuliyyətdən yayınması və bütün işi partnyorunun üzərinə qoyması münasibətdə ciddi narazılıq yaradır. Bu davranış psixologiyada “weaponized incompetence” — “öyrədilmiş bacarıqsızlıq” kimi tanınır.
3. “Sən məntiqsiz davranırsan”
Bu ifadə çox vaxt qadın emosiyalarını və narahatlığını ifadə etdikdə işlədilir. Psixoloqlar hesab edirlər ki, bu cür sözlər qarşı tərəfin hisslərini etibarsız göstərməyə və öz düşüncələrinə şübhə etməsinə səbəb ola bilər. Bu davranış “gaslighting” adlanan psixoloji manipulyasiya formasının əlaməti sayılır.
4. “Yenə deyinməyə başladın”
Mütəxəssislər bildirirlər ki, qadınların əksəriyyəti münasibətdə “deyinən tərəf” olmaq istəmir. Bu vəziyyət adətən uzun müddət özlərini eşidilməmiş hiss etdikdə və bütün emosional yükün onların üzərində qaldığını düşündükdə yaranır.
5. “Mən bunu necə edəcəyimi bilmirəm” — halbuki bilir
Psixoloqlar qeyd edirlər ki, bəzi insanlar işi görə bildikləri halda bilmirmiş kimi davranaraq məsuliyyətdən yayınırlar. Bu isə münasibətdə tərəfdaşlıq hissini zəiflədir və yükün bir nəfərin üzərində qalmasına səbəb olur.
6. “Tanış olanda daha cazibədar idin”
Mütəxəssislərin fikrincə, bu cür ifadələr qarşı tərəfi özünü yetərsiz hiss etdirmək məqsədi daşıya bilər və münasibətdə ciddi emosional zərər yaradır.
7. “Əslində mənim istədiyim qadın başqası idi”
Psixoloqlar bildirirlər ki, kişinin başqa bir qadın haqqında bu şəkildə danışması partnyorunda dəyərsiz və ikinci planda olduğu hissini yarada bilər. Bu tip müqayisələr münasibətlərdə emosional bağın zəifləməsinə səbəb olur.
8. “Səndən nifrət edirəm”
Mütəxəssislər hesab edirlər ki, qəzəb anında deyilən bu söz uzun müddət unudulmur. Araşdırmalara görə, romantik münasibətlərdə verbal aqressiya insanların psixologiyasına uzunmüddətli təsir göstərə bilir.
9. “Səninlə evləndiyimə peşmanam”
Psixoloqlar bildirirlər ki, bu ifadə münasibətdə deyilə biləcək ən ağır sözlərdən biridir. Mütəxəssislərin fikrincə, insan həmin anda peşmanlıq hiss etsə belə, bunu dilə gətirmək münasibətin geri dönüşü olmayan nöqtəyə çatmasına səbəb ola bilər.
10. “Bunu etməsən, ayrılmaq istəyirəm”
Mütəxəssislər ultimatumları münasibətlərdə “yanğın siqnalı” ilə müqayisə edirlər. Bəzi hallarda ciddi problemləri həll etmək üçün sərhəd qoymaq vacib olsa da, təhdid məqsədilə işlədilən ultimatum münasibətə ciddi zərər verə bilər.
“Journal of Social and Personal Relationships” jurnalında yayımlanan 2025-ci il araşdırmasına görə, ultimatumların nəticəsi münasibətin məqsədlərindən, problemin həll olunub-olunmamasından və qarşı tərəf tərəfindən necə qəbul edilməsindən asılıdır.
11. “Çox eqoistsən”
Psixoloqlar hesab edirlər ki, qarşı tərəfi “eqoist” adlandırmaq, xüsusilə mübahisə zamanı, münasibətdə manipulyativ və nəzarətçi davranış kimi qəbul oluna bilər. Mütəxəssislərin fikrincə, münasibətdə ciddi problem varsa, bunu təhqir və ittiham yolu ilə deyil, açıq ünsiyyət vasitəsilə həll etmək daha sağlam yanaşmadır.