Yelisey Sarayında çatlar: Makronun
601
15:51, Bu gün

Yelisey Sarayında çatlar: Makronun "mükəmməl cütlük" hekayəsi niyə sarsılır? - Fransa Radiosu

 
Sevgi, hakimiyyət və şayiələr arasında "qızıl qəfəsə" çevrilən prezident ailəsi...
 
Prezident Emmanuel Makron və həyat yoldaşı Bricit arasındakı münasibətlər yenidən gündəmə gəlib.
 
Moderator.az xəbər verir ki, bu barədə Fransanın "RTL Radio France" radiosu məlumat yayıb.
 
Münasibətlərdə çatlar
Radionun müzakirəyə çıxardığı və jurnalist Florian Tardifin kitabına əsaslanan iddialara görə, uzun illər "demək olar ideal cütlük" kimi təqdim olunan bu münasibət artıq dərin çatlarla üz-üzədir. Tardifin "Demək olar ki, mükəmməl cütlük" adlı kitabında təsvir edilən mənzərə romantik görüntünün arxasında daha sərt və gərgin bir reallıq - siyasi güc, şəxsi münasibətlər və emosional asılılıq arasında sıxılmış bir həyat olduğunu iddia edir.
 
"İdeal cütlük"dən "qızıl qəfəsə"
 
Kitaba görə, Makronların ilk prezidentlik dövrü bir növ "ortaq layihə" idi. Bircit təkcə həyat yoldaşı deyil, həm də siyasi karyeranın formalaşmasında fəal rol oynayan əsas fiqur kimi təqdim olunurdu. O, Makron üçün sadəcə dəstək yox, həm də "reallıq siqnalı" funksiyasını yerinə yetirirdi. Tardif yazır ki, Bricit ərinə sərt həqiqətləri deməkdən çəkinməyən, lazım gələndə onu "yerində oturdan" yeganə şəxs idi. 
 
Hətta bəzi ictimai epizodlarda onun Makrona açıq şəkildə düzəlişlər etdiyi və onun siyasi qərarlarına müdaxilə etdiyi iddia olunur. Amma ikinci prezidentlik dövrü ilə vəziyyət dəyişib: müəllifin sözlərinə görə, Bricit artıq bu "layihəni" seçmir, sadəcə dözür. O, özünü yorğun və emosional olaraq tükənmiş hiss edən bir fiqur kimi təsvir edilir.
 
Şayiələr, soyuqluq və "dinlənilməyən Bricit"
Tardifin iddiasına görə, bu gün ən böyük problem Makronun artıq həyat yoldaşını əvvəlki kimi dinləməməsidir. Bricit yaxın ətrafına "o məni artıq dinləmir" deyə şikayət edir. Bu boşluq isə prezidentin davranışında dəyişikliklər yaratdığı daha sərbəst, daha nəzarətsiz və bəzən protokolu pozan davranışlar - xarici səfərlərdə qeyri-adi jestlər, kameralar qarşısında spontan hərəkətlər və rəsmi imicdən uzaqlaşma kimi təqdim olunur.Eyni zamanda kitabda Makronun "fransız-iranlı aktrisa" Qolşifte Fərəhani ilə platonik münasibət qurduğu və şəxsi mesajlar yazdığı iddiaları da yer alır. Bu iddialar Yelisey sarayında gərginlik yaratmış kimi təqdim olunur, lakin rəsmi mənbələr bunu qəti şəkildə təkzib edir.
"Vyetnam səhnəsi" və qırılan balans
 
Ən çox səs-küy yaradan epizodlardan biri Makron cütlüyünün Vyetnama səfəri zamanı baş verən hadisədir. Kadrlarda Bricitin prezidentə kəskin jest etdiyi və bunun "üzə vurulan şillə" kimi şərh olunduğu iddia edilir. Yelisey Sarayı əvvəlcə görüntülərin saxta olduğunu bildirsə də, sonradan insidentin ailə mübahisəsi olduğu etiraf edilib. Makron isə hadisəni "sadəcə zarafat" kimi izah edib.
 
Tardifin qənaətinə görə, bu iki xətt - şayiələr və ictimai gərginlik artıq münasibətlərin "mükəmməl cütlük" mifini dağıdıb və onları "qızıl qəfəsdə birlikdə yaşayan, amma tək hiss edən iki insan"a çevirib. Kitabın ümumi tonu isə daha sərtdir: hakimiyyətin yaratdığı bu "şüşə kub" əvvəlcə qoruyucu idi, indi isə həm Makronu, həm də Briciti eyni anda içində saxlayan görünməz bir "həbsxanaya" çevrilib.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər