BMT Suriyaya bu yardımları yarıya qədər azaldır
Dünya
98
14 May 2026 | 23:55

BMT Suriyaya bu yardımları yarıya qədər azaldır

BMT maliyyə çatışmazlığı səbəbindən Suriya üçün nəzərdə tutulan təcili ərzaq yardımlarını yarıya qədər azaldacaq və milyonlarla suriyalının faydalandığı “çörək dəstəyi” proqramını dayandıracaq.

Moderator.az xəbər verir ki, bu barədə qərargahı Romada yerləşən Ümumdünya Ərzaq Proqramının (WFP) məlumatında bildirilib.

Qeyd edilib ki, təşkilatın təqdim etdiyi təcili yardımlardan yararlananların sayı 1,3 milyon nəfərdən 650 min nəfərə endiriləcək.

Bəyanatda vurğulanıb ki, vətəndaş müharibəsinin başa çatmasından sonra Suriyada nisbi sabitlik müşahidə olunsa da, hələ də 7,2 milyon insan ciddi ərzaq təhlükəsizliyi problemi ilə üzləşir.

Ümumdünya Ərzaq Proqramının Suriya üzrə direktoru Marian Vard bildirib ki, yardımların azaldılması ehtiyacların azalması ilə deyil, yalnız maliyyə çatışmazlığı ilə bağlıdır.

Link kopyalandı!
Son xəbərlər