Viza probleminə görə dünya çempionatını buraxa bilərlər
İdman
98
14 May 2026 | 23:57

Viza probleminə görə dünya çempionatını buraxa bilərlər

İran Futbol Federasiyasının prezidenti Mehdi Tac milli komandanın 2026-cı il dünya çempionatının final mərhələsində iştirakının baş tutmaya biləcəyini açıqlayıb.

Moderator.az xəbər verir ki, bu haqda “RMC Sport” məlumat yayıb.

Bunun səbəbi ABŞ-də viza prosesinin uzanması, heç bir komanda üzvünün giriş icazəsi almamasıdır.

O, mövcud vəziyyətdən narahatlığını bildirib və yaxın günlərdə Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasının (FİFA) nümayəndələri ilə görüş keçirəcəyini açıqlayıb. Danışıqlar zamanı o, viza məsələsinin tezliklə həlli üçün aydın təminat tələb etmək niyyətindədir. Əgər məsələni həll etmək mümkün olmasa, İranın turnirdə iştirakı pozula bilər.

Link kopyalandı!
Son xəbərlər